Almaniyada ikili vətəndaşlıqla bağlı qanun parlamentdə səsə qoyulacaqbackend

Almaniyada ikili vətəndaşlıqla bağlı qanun parlamentdə səsə qoyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada mühacirlərin uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi başa çatıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cümə günü parlamentdə səsverməyə çıxarılacaq qanun layihəsi qəbul olunarsa, Almaniya vətəndaşlığına keçid asanlaşacaq və ikili vətəndaşlığa maneə aradan qalxacaq.

“Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsi Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökuməti tərəfindən qəbul olunarsa, Almaniya vətəndaşlığını alan hər kəs vətəndaşlıq hüququndan imtina etməli olmayacaq. Daha əvvəl sahib olduqları vətəndaşlıq, beləliklə, birdən çox vətəndaşlığa sahib olmaq imkanı verir.

Müvafiq olaraq, Almaniya vətəndaşlığını almaq üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endirilir.

Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda akademik və ya peşəkar uğur qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endirilə bilər.

İkili vətəndaşlıq imkanına icazə verildiyi üçün əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” tamamilə ləğv ediləcək.

Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq ən azı beş il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Alman vətəndaşlığını əldə etmək şərtləri arasında şəxs sosial yardım almadan özünü və himayəsində olanları da dolandırmalıdır. Qonaq işçi nəsli, yəni 1960-cı illərdə Almaniyaya gələn türk işçilər, son 2 ildə 20 ay tam ştatlı işləyən əcnəbilər və tam ştatlı işçilərin xarici həyat yoldaşları bundan azad ediləcək.

Alman vətəndaşlığı üçün yazılı imtahan tələbi qonaq işçi nəsli üçün ləğv ediləcək.