2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri təxminən 24 % artaraq bu il yanvarıb 1-nə 774 milyon manata çatıb.
Bu barədə İnterpress.az-a nazirlikdən bildirilib.
Məlumata görə, ötən il poçt operatoru 4,6 milyon manat xalis gəlir əldə edib.
Şirkət ölkə daxilində 1,4 milyon bağlama çatdırıb ki, bu da ilin əvvəlində qoyulan hədəfdən 271 % çoxdur.