Mitsotakis Türkiyə ilə müsbət atmosferi gücləndirmək istəyirbackend

Mitsotakis Türkiyə ilə müsbət atmosferi gücləndirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkəsinin Türkiyə ilə müsbət atmosferi gücləndirməyə çalışacağını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Mitsotakis Türkiyə ilə müsbət atmosferi gücləndirmək istəyir
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Mitsotakis ötən il Türkiyədə baş verən zəlzələlərdən sonra Yunanıstan və Türkiyə arasında münasibətlərdə yumşalma olduğunu bildirib.

Yumuşalmanın davam etdiyini bildirən Mitsotakis deyib: “Türkiyə siyasətində son illərdə dramatik dəyişikliklər gördük. Bununla belə, nikbin olmaq və ölkələrimizin atdığı müsbət addımları daha da gücləndirmək istəyirəm”.

Mitsotakis, iki ölkə arasında yeganə mühüm problem olaraq xarakterizə etdiyi dəniz yurisdiksiyalarının sərhədlərinin çəkilməsi məsələsinin həll edilmədiyini və bu problemə baxmayaraq, onların bir yerdə yaşaya bilməsi və müsbət gündəmə diqqət yetirmələri lazım olduğunu müdafiə edib.

Mitsotakis həmçinin Qəzzada dinc əhali arasında itkilərin artmasından narahatlığını ifadə edib və qurbanlar arasında çoxlu uşaqların olduğunu vurğulayıb.

Yəməndə husilərin gəmilərə raket və dron hücumları və buna cavab olaraq ABŞ və İngiltərənin həyata keçirdiyi hava hücumlarına toxunan Miçotakis bu vəziyyətin təkcə Yunanıstanı əhatə edən problem olmadığını qeyd edib.