Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsi 62 304 733 lari təşkil edir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sözügedən məbləğ aşağıdakı istiqamətlər üzrə bölüşdürülüb:
• İnfrastruktur – 23 507 506 lari;
• Təmizlik və ətraf mühitin mühafizəsi – 4 098 496 lari;
• Təhsil – 5 922 000 lari;
• Mədəniyyət, gənclər, idman – 9 078 500 lari;
• Səhiyyə və sosial təminat – 3 016 300 lari;
• İdarəetmə və ümumi təyinatlı xərclər – 16 681 931 lari.