Aİ Suriyada Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edibbackend

Aİ Suriyada Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi ilə əlaqəsi olduğu təsbit edilən 6 şəxs və 5 təşkilata qarşı yeni sanksiya tətbiq etmək qərarına gəlib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Şurasının verdiyi açıqlamaya görə, Əsədin iqtisadi müşaviri, rejimə dəstək verən 3 iş adamı və Əsəd ailəsinə bağlı 2 nəfər sanksiya siyahısına salınıb.

Al-Dj Group, Cham Wings, Freebird Travel Agency, Iloma Investment Private JSC və Al-Aqila-nın muzdlu əsgərlər, silah köçürmələri kimi cinayətlərdə iştirak edərək Əsəd rejiminə dəstək verdiyi aşkarlanan 5 təşkilat arasında olduğu bildirilib.

Aİ-də sanksiyalar çərçivəsində siyahıya alınan şəxslər və təşkilatların aktivləri dondurularkən və iqtisadi qaynaq əldə etmələri qadağan edilərkən, şəxslərə də Aİ-yə səyahət qadağası qoyulub.

Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ildə Əsəd rejiminin öz xalqına qarşı zorakılıq tətbiq etməsindən sonra qüvvəyə minib. Aİ sanksiyalarla rejimə yaxın olan iş adamlarını və şirkətləri də hədəf alır.

Aİ-nin sanksiya siyahısında Suriyadakı Əsəd rejimi ilə əlaqəli təxminən 300 nəfər və 80-dən çox təşkilat var.