Türkiyənin Konya və Isparta şəhərlərində 2-si qadın olmaqla 3 şübhəli FETÖ-nün gizli ünsiyyət proqramı “ByLock”dan istifadə etdikləri üçün saxlanılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları FETÖ/PDY-yə qarşı əməliyyat keçirib.
Konya və Ispartada həyata keçirilən əməliyyatlar zamanı təşkilatın “ByLock” adlı gizli ünsiyyət proqramından istifadə etdikləri iddia edilən 2-si qadın olmaqla 3 şübhəli saxlanılıb.
Şübhəlilərin ifadələrindən daha 46 FETÖ üzvü üzə çıxıb. 3 şübhəli polis bölməsindəki əməliyyatlarının ardından məsuliyyətə cəlb edilib.