Yeni Zelandiyada sahildə balina və delfin sürüsü aşkarlanıbbackend

Yeni Zelandiyada sahildə balina və delfin sürüsü aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada sahildə kütləvi balina və delfin sürüsü aşkarlanıb

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Yeni Zelandiya Mühafizə Departamentinin (DOC) verdiyi açıqlamada yerli vaxtla saat 14:00 radələrində balina və delfin sürüsünün Mahia yarımadasının sahillərində aşkarlandığı bildirilib.

DOC Gisborne Əməliyyatlar üzrə Meneceri Mett Tonq bildirib ki, yerli sakinlər suyun səviyyəsi yüksələn zaman sürüləri yenidən üzməyə çalışıblar, lakin bir müddət sonra dəniz canlıları yenidən qayalıq ərazidə qapalı qalıb.

DOC tərəfindən edilən açıqlamada, yaralanan balinaların və delfinlərin sağ qalma şanslarının son dərəcə aşağı olduğu, buna görə də onların əziyyət çəkməməsi üçün ‘evtaniya’ edildiyi qeyd olunub.

Məlumdur ki, Yeni Zelandiya sahillərindəki balina və delfinlər xəstəlik, oriyentasiya pozğunluğu, coğrafi xüsusiyyətlər, su axını, ardınca yırtıcı və ya sərt hava şəraiti kimi səbəblərdən sahilə çıxır.