BMT TŞ-də Rusiya və ABŞ Ukrayna münaqişəsində bir-birini günahlandırıbbackend

BMT TŞ-də Rusiya və ABŞ Ukrayna münaqişəsində bir-birini günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Rusiya və ABŞ Ukraynadakı münaqişənin davam etməsində bir-birini ittiham edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ukrayna Rusiyanın “soyqırım niyyəti” olduğunu iddia edib.

Rusiyanın tələbi ilə BMT TŞ Ukraynaya silah transferini müzakirə etmək üçün toplaşıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov burada etdiyi çıxışda deyib: “Bütün qərəzsiz ekspertlər açıq şəkildə görürlər ki, Ukrayna böhranının sülh yolu ilə həllinə ən mühüm maneə Qərbin Kiyevə verdiyi dəstəkdir”.

ABŞ-ın Ukraynaya verdiyi dəstəklə təkcə Rusiyaya müharibə elan etmədiyini, həm də Avropanı iqtisadi cəhətdən zəiflətməyə çalışdığını əsas gətirən Lavrov bildirib: “Avropa Birliyi ölkələri Vaşinqtonun onlardan tələb etdiklərini itaətlə yerinə yetirir və Ukraynaya silah verirlər. Onları boşalan anbarları yenidən Amerika hərbi sənayesi ilə doldurulur”.

Lavrov bildirib ki, Ukrayna döyüşü dayandırsa, Rusiya da dayanacaq.