Qəzza zolağının 570 min sakini humanitar yardımın olmaması səbəbindən fəlakətli dərəcədə ərzaq qıtlığından əziyyət çəkir.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
“İntensiv döyüşlər, bölgəyə girişə imkan verilməməsi, məhdudiyyətlər və telekommunikasiyanın kəsilməsi UNRWA-nın humanitar yardımı təhlükəsiz və effektiv şəkildə çatdırmasına mane olur. Artan aclıq riski ilə əlaqədar BMT humanitar yardıma çıxış imkanlarını artırmağa çağırır”, – məlumatda qeyd edilib.