Qərbi Afrika ölkəsi olan Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin 29 nəfəri qaçırdığı açıqlanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Milli mətbuatda yayılan məlumatlara görə, motosikletli silahlı şəxslər Katsina əyalətinin Taşar Na-Qulle kəndinə basqın ediblər.
Reyd zamanı uşaqlar da daxil olmaqla 29 nəfər qaçırılıb.
Ölkədə adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə qarşılığında adam oğurluğu hallarına rast gəlinir.
Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.