Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.
Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır.
Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.