Malidə qanunsuz qızıl mədəninin çökməsi nəticəsində 70 nəfər ölübbackend

Malidə qanunsuz qızıl mədəninin çökməsi nəticəsində 70 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malidə həftəsonu qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində azı 70 nəfərin öldüyü məlum olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.

Rəsmi hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.