Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib.
xəbər verir ki, o, bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
V.Zelenski söyləyib ki, bu ssenarinin qarşısını almaq lazımdır: “Biz xalqımıza, tərəfdaşlarımıza, sülh perspektivinə inanmalıyıq. Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar”.
Prezident bildirib ki, Ukraynanın dağılmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısının alınması üçün bunlar vacibdir.