Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”backend

Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib.

İnterpress.az-ın “Baku TV”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”.

H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.