“Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsini ildırım vurub.
İnterpress.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, hadisə nəticəsində təyyarə yeni qalxdığı İstanbul hava limanına təcili eniş edib.
Təyyarə İstanbul-Antalya reysi üzrə uçuş edəcəkmiş.
Hazırda hava gəmisi texnik və mühəndislər tərəfindən yoxlanılır.