Bunu jurnalistlәrә açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. O, görüşün mart ayında keçirilәcәyini söyləsә dә, dəqiq vaxtın və hansı şəhərdə baş tutacağının hələ dəqiqləşmədiyini bildirib: “Hәr üç ölkə rəhbərlərinin iradə və istəyi İran, Türkiyə və Azərbaycan arasında üçtərəfli münasibətlərin daha da genişləndirilmәsidir. Biz üçtərəfli görüşləri xarici işlər nazirləri səviyyəsində keçiririk, lakin hazırda bunun iqtisadiyyat nazirləri səviyyəsində keçirilmәsi planlaşdırılır. Bu görüş üç ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olacaq”.
Səfir Azərbaycan-İran birgә iqtisadi komissiyanın iclasının yayda Təbriz şəhərində keçiriləcəyini qeyd edib.
İnterpress.az