İsrail ordusu 27 oktyabr 2023-cü ildə qurudan hücumlara başladığı vaxtdan Qəzza zolağından yaralı əsgərlərini təxliyə etmək üçün “1500-dən çox əməliyyat” həyata keçirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail ordusunun verdiyi açıqlamada Qəzza zolağında Marom Briqadasının əməliyyat nəqliyyat bölməsində ehtiyatda olan və nizami əsgərlərin həyata keçirdiyi “fəaliyyətlər” haqqında məlumat verilib.
Sözügedən əsgərlərin Qəzzanı işğal edən İsrail qüvvələri ilə tibb birlikləri arasında davamlı təmasda olduğu və “on minlərlə əsgərin Qəzzaya daşındığı və oradan təxliyyə edildiyi” ifadə edilib.
Bildirilib ki, nəqliyyat bölməsinin əsgərləri İsrailin Qəzzaya quru işğalına başladığı 27 oktyabrdan bu yana yaralı İsrail əsgərlərini təxliyə etmək üçün “1500-dən çox əməliyyat” həyata keçirib.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən indiyədək 224-ü quru işğal prosesində olmaqla 561 əsgər, 1296-sı quru toqquşmalarında isə 2851 əsgər şəhid olub.
İsrail qüvvələri oktyabrın 27-də Qəzza zolağına, xüsusən də şimal bölgələrinə qurudan hücumlar həyata keçirməyə başlayıb.
Təxminən 4 aydır həyata keçirdikləri hava hücumları ilə yanaşı, Qəzzanın cənubuna doğru qurudan hücumlarını genişləndirən İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında şiddətli qarşıdurmalar yaşanır.