Qardaş Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn və yenidən Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.
Bunu açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.
A.Maruf Səlim bu seçki qələbəsinin Azərbaycan xalqı və türk dünyası üçün xeyirli və uğurlu olacağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.