İsrailin Qəzzanın Misir sərhəddində insanların qovulduğu Rəfah şəhərinin təhlükəsiz bölgə olduğunu iddia edərək hücumlarında 100-dən çox insanın öldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində Rəfahdakı xəstəxana rəsmiləri İsrailin Rəfah şəhərinə hücumları nəticəsində 100-dən çox adamın öldüyünü, yüzlərlə yaralının isə xəstəxanalara çatdırıldığını bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının daha çox Rəfah şəhərinin mərkəzində olduğunu və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.
Küveyt Xəstəxanasının direktoru Süheyb əl-Hims xəstəxananın çox təhlükəli vəziyyətdə yaralılarla dolu olduğunu, kifayət qədər dərman və zərdabın olmadığını bildirib.
Yerli mənbələr, döyüş təyyarələrinin intensiv artilleriya atəşi və döyüş gəmilərinin dənizdən intensiv atəşi ilə eyni vaxtda 40-a yaxın hava hücumu həyata keçirdiyini, xüsusilə köçkünlərin sığındığı çox sayda ev və məscidi hədəf aldığını qeyd edib.