İsrailin quru hücumuna hazırlaşdığı və 1,4 milyon köçkün fələstinlini köç etməyə məcbur etməyi planlaşdırdığı Mevasi bölgəsinin ərazisinin kiçik olması və heç bir infrastrukturun olmaması səbəbindən bu boyda əhalini yerləşdirə bilmədiyi bildirilir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail Qəzza zolağına hücumları zamanı şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi və təxminən 1,4 milyon fələstinlini qurudan köç etməyə məcbur etdiyi Rəfah şəhərini işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir.
Təl-Əviv hökuməti Rəfaha hücum etmək niyyətini açıqladıqdan sonra beynəlxalq ictimaiyyətin və ərəb ölkələrinin reaksiyaları və xəbərdarlıqlarından sonra yüz minlərlə məcburi köçkünün şəhəri tərk etməsi üçün təhlükəsiz keçid dəhlizinin yaradılacağını iddia edib.
İsrail mətbuatının yazdığına görə, Rəfahda köçkün vəziyyətinə düşmüş təxminən 1,5 milyon fələstinli bölgənin qərbində yerləşən və təhlükəsiz bölgə olduğu iddia edilən Mavasiyə köçmək məcburiyyətində qalacaq. İsrail hökuməti isə Rəfahdan zorla çıxarmağı planlaşdırdığı fələstinliləri hansı bölgəyə istiqamətləndirəcəyi ilə bağlı açıqlama verməkdən çəkinir.