İranda 30 yaşlı gənc məişət problemlərinə görə qadın və uşaqların da olduğu 12 qohumunu güllələyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İranın cənubundakı Kirman əyalətində ailə faciəsi baş verib.
30 yaşlı gənc məişət problemləri ucbatından atası, qardaşı və həyat yoldaşının qardaşı da daxil olmaqla 12 qohumunu Kalaşnikov avtomatı ilə güllələyib.
Hadisədən sonra qaçan 30 yaşlı təcavüzkar polis qruplarının keçirdiyi əməliyyatla ölü olaraq yaxalanıb.