Meksikada on minlərlə insan hökumətə etiraz etdibackend

Meksikada on minlərlə insan hökumətə etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada on minlərlə insan iyunun 2-də keçiriləcək ümumi seçkilərdən əvvəl Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərlə qurumu “zəiflətdiyi” səbəbiylə hökumətə etiraz edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Müxalifət partiyalarının çağırışı ilə paytaxt Mexikoda Zokalo meydanında təxminən 90 min insan toplaşıb.

İyunun 2-də keçiriləcək ümumi seçkilər öncəsi Milli Seçki İnstitutuna edilməsi təklif edilən dəyişikliklərlə qurumu “zəiflətdiyi” əsası ilə hökumətə etiraz edən nümayişçilər “ədalətli seçki” çağırışı edib.

Qurumun rəngində olan çəhrayı paltar geyinmiş və əllərində “xalq hakimiyyətdəkilərdən güclüdür” yazılan plakatlar tutan nümayişçilər prezident Andres Manuel Lopez Obrador haqqında “Lopez getsin” şüarları səsləndiriblər.

Etirazda iştirak edən 61 yaşlı Qabriela Ozuna mətbuata açıqlamasında “Demokratiyamızın təhlükədə olduğunu bilirik. Etmək istədiyimiz onu müdafiə etməyə davam etməkdir” deyib.

Yerli mətbuatın məlumatına görə, hakim partiya olan Milli Yeniləşmə Hərəkatının (MORENA) fevralın 5-də Nümayəndələr Palatasına təqdim etdiyi “islahat paketi”nə Milli Seçki İnstitutunun bir çox işçilərinin bağlanması səbəbindən 80 faizdən çoxunun işdən çıxarılması daxildir.