Lufthansa yerüstü xidmət işçilərinin tətili səbəbindən yüzlərlə uçuşu ləğv edirbackend

Lufthansa yerüstü xidmət işçilərinin tətili səbəbindən yüzlərlə uçuşu ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Lufthansa aviaşirkəti yerüstü xidmət işçilərinin tətilə çıxması səbəbindən yüzlərlə reysi təxirə salmalı olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Lufthansa-nın verdiyi açıqlamaya görə, yerüstü xidmət işçiləri, maaşlarla bağlı razılığa gələ bilmədiyi üçün fevralın 18-də alınan qərara əsasən, bu gün saat 04.00-dan etibarən 27 saatlıq tətilə başlayıblar.

Aviaşirkət də tətilə görə yüzlərlə reysi ləğv edib.

Bu ləğvlər 100 mindən çox sərnişinə təsir etsə də, şirkət Almaniyanın Frankfurt, Münhen, Hamburq, Berlin, Düsseldorf, Köln və Ştutqart hava limanlarında planlaşdırılmış uçuşların yalnız 10-20 faizini yerinə yetirə bilib.

Alman aviadaşıyıcısı həmçinin xəbərdarlıq edib ki, yerüstü xidmət işçilərinin tətili səbəbindən uçuşların ləğvi davam edə bilər və gecikmələr yarana bilər.

Lufthansa-nın yerüstü xidmət işçilərinin işlərinin dayandırılması sabah 07.10-a qədər davam edəcək.

Yer işçiləri Lufthansa-dan nə tələb edirlər?

Birləşmiş Xidmət Sektoru Birliyi (Verdi) Avropanın ən böyük hava yolu şirkətlərindən biri olan Lufthansa-nın yerdə xidmət işçiləri üçün “maaşların artırılması” danışıqlarının nəticəsiz qalmasından sonra bu ay ikinci dəfə tətilə çağırmışdı.

Bu tətil təşəbbüsü ilə Verdi, Lufthansa-nın yerdə işləyən işçilərinə ödənilən maaşları yaxşılaşdırmaq üçün bir tənzimləmə hazırlamağı hədəfləyir.

Həmkarlar ittifaqı yerdə xidmət göstərən işçilərin əmək haqqının 12,5 faiz, ən azı 500 avro artırılmasını tələb edir. Bundan əlavə, yüksək inflyasiyanı kompensasiya etmək üçün işçilərə birdəfəlik 3 min avro mükafat verilməsi tələb olunur.

Lufthansa-da yer xidməti personalı daha əvvəl 7 fevralda xəbərdarlıq tətili etmişdi, aviaşirkətin 1000 uçuşundan təxminən 900-ü ləğv edilmiş və təxminən 100 min sərnişin tətildən təsirlənmişdi.