İsveç PKK terror təşkilatı ilə mübarizəni davam etdirəcəkbackend

İsveç PKK terror təşkilatı ilə mübarizəni davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Kəşfiyyat İdarəsinin rəhbəri Şarlotta fon Essen İsveçdən baza kimi istifadə edən PKK terror təşkilatının fəaliyyətinin qarşısını almaq istədiklərini və bu istiqamətdə tədbirlər gördüklərini bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Von Essen açıqlamasında terrorla bağlı müxtəlif ölkələrlə əməkdaşlığın vacib olduğunu açıqlayıb.

Son günlər terrorla mübarizə çərçivəsində sərt tədbirlər gördüklərini və bu kontekstdə Türkiyə ilə yaxşı əməkdaşlıq etdiklərini ifadə edən Von Essen deyib: “Bu il üçün qiymətləndirməmizdə PKK-nın təsnifatı davam edəcək. Terror təşkilatının əhatə dairəsini daraltmaq üçün bir sıra müxtəlif tədbirlər görürük. İsveçdən baza kimi istifadə edən PKK-nın müxtəlif aktorlarını və fəaliyyətlərini azaltmaq və qarşısını almaq istəyimiz var”.

Rusiya, Çin və İranın İsveçin təhlükəsizliyini təhdid edən ölkələr olduğunu ifadə edən Essen bildirib ki, bu ölkələrdən gələn kəşfiyyat fəaliyyətləri İsveçin təhlükəsizliyinə böyük təhdid yaradır.

17 avqust 2023-cü il tarixində ölkədə milli terror təhlükəsi səviyyəsinin 3-dən 4-ə yüksəldildiyini xatırladan Essen əlavə edib: “Terror təhlükəsi səviyyəsini aşağı salmaq üçün davamlı olaraq izləyirik. Terror xəbərdarlığı ən yüksək səviyyədə qalmağa davam edəcək”.