Liviya martın ortalarından etibarən “e-viza” tətbiqini işə salacaqbackend

Liviya martın ortalarından etibarən “e-viza” tətbiqini işə salacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya hökuməti ölkəyə səfər etmək istəyənlərin mart ayının ortalarından etibarən elektron viza ala biləcəklərini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Liviya hökumətindən verilən açıqlamaya görə, hökumət işləri üzrə dövlət naziri Adil Əmirin başçılığı ilə əlaqədar qurumların rəsmiləri “ölkəyə gələn əcnəbilər üçün elektron viza müraciətinin başlanması”nı müzakirə etmək üçün bir araya gəlib.

İclasda “Elektron viza” müraciətinin son variantına baxıldığı və Pasport və Vətəndaşlıq İdarəsi ilə Xarici İşlər Nazirliyi arasında razılaşdırıldıqdan sonra tətbiq ediləcəyi bildirilib.

Martın ortalarından etibarən əcnəbilər “e-viza” tətbiqi ilə viza ala biləcəklər.

İyunun sonuna qədər əcnəbilərin yaşamaq prosedurları və xüsusi missiya vizalarının elektron qaydada rəsmiləşdirilməsinə başlanılacağı gözlənilir.