İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya daxil olması ilə bağlı qanun layihəsinin Macarıstan Milli Assambleyası tərəfindən qəbul edilməsini “tarixi gün” kimi qiymətləndirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsveçin keçmiş xarici işlər naziri Ann Linde deyib: “Nəhayət, Macarıstan parlamentinin səsverməsi ilə təsdiq prosesi hazırdır. İsveç NATO-nun 32-ci üzvü olacaq və həm ölkəmizi, həm də NATO-nu daha güclü və təhlükəsiz edəcək”.