Kreml: Qərb Ukraynaya qoşun yeridərsə, NATO-Rusiya qarşıdurması qaçılmazdırbackend

Kreml: Qərb Ukraynaya qoşun yeridərsə, NATO-Rusiya qarşıdurması qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Qərb ölkələri Ukraynaya qoşun yeridərsə, NATO ilə Rusiya arasında münaqişə ehtimalı “qaçılmaz” olacaq.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Peskov Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsinin istisna edilməməsi ilə bağlı açıqlamalarını paytaxt Moskvada jurnalistlərə “mümkün” kimi qiymətləndirib.

Bu ehtimalın gündəmə gəlməsinin mühüm və yeni bir hadisə olduğunu bildirən Peskov deyib: “Fransa prezidentinin bəyanatının bütün digər məqamlarını artıq eşitmişik və nəzərə almışıq. Biz Makronun məsələyə münasibətini də çox yaxşı bilirik. Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi məsələsi var”.

Qərb ölkələrinin Ukraynaya qoşun yeridəcəyi təqdirdə NATO ilə Rusiya arasında qarşıdurma olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib: “Belə olan halda, biz artıq ehtimaldan deyil, qaçılmazlıqdan danışmalıyıq. Biz belə qiymətləndiririk.NATO ölkələri bu cür hərəkətləri diqqətlə qiymətləndirməlidir. Bunun öz maraqlarına, ən əsası isə ölkələrinin vətəndaşlarının mənafelərinə uyğun olub-olmadığını soruşmalıdırlar”.

Dünənki açıqlamasında Makron bildirib ki, 2 ildən artıqdır Rusiyaya qarşı döyüşən Ukraynaya qoşun yeridilməsi ilə bağlı Avropa ölkələri arasında konsensus yoxdur, lakin bu ehtimalı da nəzərdən qaçırmaq olmaz.