İranın Sistan-Bəlucistan əyalətində polis idarəsinin qarşısındakı patrul maşınına bomba yerləşdirmək istəyən şəxsin bombanın işə düşməsi nəticəsində öldüyü bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan əyalətinin prokuroru Mehdi Şəms Abadi hadisə ilə bağlı məlumat verib:
“Məhəmməd Polis Bölməsinin (Bampur səmtində) təhlükəsizlik bölgəsində park edilmiş patrul maşınına bomba yerləşdirmək istəyən 2 terrorçudan biri partlayış nəticəsində həyatını itirib”.
İran rəsmisi qeyd edib ki, hadisə yerindən qaçan digər hücumçunun tutulması istiqamətində axtarışlar davam edir.