Avropa İttifaqı (Aİ) Birlik qanunlarını pozduğu səbəbilə dondurduğu Polşaya veriləcək vəsaitin 6,3 milyard avrosunu yaxın həftələrdə sərbəst buraxacağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ Komissiyasından verilən yazılı açıqlamada, “Uyğunlaşma” və “Yeni Nəsil AB” fondlarından Polşaya cəmi 137 milyard avronun sərbəst buraxılması üçün lazımi hüquqi tənzimləmələrin edildiyi bildirilib.
Bəyanatda məhkəmənin müstəqilliyinin gücləndirilməsi istiqamətində qənaətbəxş addımların atıldığı və 6,3 milyard avroluq vəsaitin ilk hissəsinin üzv ölkələrin təsdiqindən sonra yaxın həftələrdə sərbəst buraxılacağı bildirilib.