ABŞ-da aparılan sorğu iştirakçıların 63 faizinin ABŞ prezidenti Co Baydenin “ruhi sağlamlığından” şübhələndiyini üzə çıxarıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Associated Press (AP) tərəfindən NORC İctimai Əlaqələr Mərkəzi ilə aparılan sorğuda 18 yaşdan yuxarı 1102 iştirakçıya “Co Baydenin psixi sağlamlığının prezident kimi effektiv fəaliyyət göstərməsinə nə qədər inanırsınız?” sualı verilib.
İştirakçıların 63 faizi prezident Baydenin “ruhi sağlamlığına” inanmadıqlarını bildirsələr də, 20 faizi inandığını, 17 faizi isə müəyyən qədər güvəndiyini bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı eyni sualı cavablandıran iştirakçıların 57 faizi Trampın “ruhi sağlamlığına” şübhə etdiyini, 28 faizi ona güvəndiyini, 15 faizi isə müəyyən qədər güvəndiyini qeyd edib.
Sorğuda həmçinin qeyd olunub ki, iştirakçıların 67 faizi Baydenin prezidentliyi dövründə İsrailin Qəzzanı işğal etməsi ilə bağlı siyasətini bəyənmədiyini, 31 faizi isə bəyəndiyini söyləyib.
.
Baydenin həkimi ABŞ prezidentinin səhhətində narahat olacaq heç nə olmadığını bildirib.
Hesabatda deyilir ki, Prezident Bayden 81 yaşlı, sağlam, aktiv, güclü insandır. O, baş icraçı direktor, dövlət başçısı və baş komandan kimi prezidentlik vəzifələrini uğurla yerinə yetirmək üçün yaxşı formadadır.