Danimarkadakı qeyri-hökumət təşkilatları (QHT) bu ölkənin silah və hərbi texnikasının Qəzzada mülki şəxslərə qarşı istifadə edildiyini əsas gətirərək İsrailə silah ixracını dayandırmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Danimarkada “Amnesty International”, “Oxfam Danimarka”, “Al-Haq” və Inter-People’s Aid (Mellemfolkeligt Samvirke) qeyri-hökumət təşkilatları birgə bəyanatla çıxış ediblər.
Açıqlamada QHT-lərin Danimarka Xarici İşlər Nazirliyi və Milli Polisə qarşı iddia qaldıracağı bildirilib.
Danimarka Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Vibe Klarup İsrailin Qəzzada əsgər və ya mülki şəxs olmasından asılı olmayaraq bir çox ailəni məhv etdiyi bombardmanları sənədləşdirdiklərini söyləyib.
İsrailin hücumlarının beynəlxalq müharibə qaydalarını pozduğunu ifadə edən Klarup deyib ki, Danimarka mülki şəxslərə qarşı bu qanunsuz hücumlara töhfə verməməlidir.
Amnesty, Danimarkanın silah ticarəti ilə bağlı beynəlxalq qətnamələri və humanitar hüququ pozduğunu bildirib.
Xalqlararası Yardım Təşkilatının baş katibi Tim Uyet deyib: “Biz Qəzzada soyqırım ehtimalından danışırıq. Amma hələlik siyasətçilərin hərəkətə keçdiyinin şahidi olmamışıq. Danimarka İsrailə silah göndərməməlidir. Danimarka İsrailin əli olduğuna dair şübhələr var. Qəzzada soyqırım törədib”.