Nüvə silahları ilə bağlı fikir ayrılıqları davam etsə də, dünyada 12512 nüvə başlığı var.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Son illər ölkələr tərəfindən bu sahəyə qoyulan investisiyalar 82 milyard dolları ötüb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü il hesabatına görə, dünyada 12 min 512 nüvə başlığı var.
Rusiya 5 min 889 nüvə başlığı ilə nüvə gücünə malik ölkələr arasında birinci yerdədir. Rusiyadan sonra 5244 nüvə başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir.
Fransada 290, İngiltərədə 225, Pakistanda 170, Hindistanda 164, İsraildə 90, Şimali Koreyada isə hesablamalara görə 30 var.
Hesabata görə, dünyada nüvə başlıqlarının sayı azalmaqda davam etsə də, bu, xüsusilə ABŞ və Rusiyanın istifadə olunmamış döyüş başlıqlarını ləğv etməsi ilə bağlıdır.
Aktiv döyüş başlıqlarının sayında qlobal azalma gecikmiş kimi görünür və onların sayı yenidən artır.
Məlumdur ki, ABŞ və Rusiya nüvə başlıqlarının, raket, təyyarə və sualtı buraxılış sistemlərinin, nüvə silahı istehsalı müəssisələrinin yenilənməsi və modernləşdirilməsi üzrə geniş proqramlara malikdir.
Çinin 2022-ci ilin yanvarında 350 olduğu düşünülən nüvə başlıqlarının sayı 2023-cü ilin yanvarında 410-a yüksəldi. Çinin nüvə gücü tam məlum olmasa da, hesabatdakı qiymətləndirmələrin əhəmiyyətli bir hissəsi ABŞ Müdafiə Nazirliyinin məlumatlarına əsaslanır.