Gürcüstanda Kareli bələdiyyəsinin Doğlauri kəndində 40 yaşlı şəxs həmkəndlisi 45 yaşlı kişinin qulağını kəsib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, cinayət hadisəsi bir neçə gün əvvəl baş verib.
Məlumata əsasən, sərxoş vəziyyətdə olan şəxslər əvvəlcə mübahisə edib, daha sonra isə biri digərinin qulağını kəsib.
40 yaşlı şəxs polis tərəfindən saxlanılıb, faktla bağlı qəsdən bədənə xəsarət yetirməni nəzərdə tutan 117-ci maddə ilə istintaq başladılıb.