Kim Çen In ilk dəfə ictimaiyyətə təqdim edilən Şimali Koreyanın yeni hazırlanmış tankının sınaq sürüşünü şəxsən həyata keçirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ və Cənubi Koreyanın keçən həftə Koreya yarımadası yaxınlığında başlatdığı Azadlıq Qalxanı təliminə görə Şimali Koreyadan daha bir qisas alınıb.
Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, dünən tank qoşunlarının iştirakı ilə real atəş təlimi keçirilib. Bildirilib ki, tanker bölmələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədi daşıyan təlimdə ölkənin yeni yaradılmış tankı da iştirak edib.