Mossad HƏMAS-ın atəşkəs təklifini müzakirə etmək üçün Qətərə gedibbackend

Mossad HƏMAS-ın atəşkəs təklifini müzakirə etmək üçün Qətərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici kəşfiyyat agentliyi Mossad-ın direktoru David Barneanın başçılıq etdiyi rəsmi nümayəndə heyəti HƏMAS-ın Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi və dolayısı ilə danışıqlar aparmaq təklifinə Tel-Əvivin cavabını çatdırmaq üçün bu gün Dohaya gedib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Qətərə gedən İsrail nümayəndə heyətinə danışıqlar aparmaq üçün təhlükəsizlik kabineti icazə verib.

Danışıqların uzun və çətin olacağı, təhlükəsizlik kabineti və hökumətin danışıqlar qrupuna istədikləri bütün səlahiyyətləri vermədiyi ifadə edilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 726 fələstinli həyatını itirib, 73 min 792 nəfər isə yaralanıb.

HƏMAS martın 14-də Qahirədə Misir və Qətərlə keçirdiyi görüşlərdən sonra Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi üçün yeni təklif təqdim etdiyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın təklifindəki tələbləri “məntiqsiz” adlandırıb və ordunun Qəzza zolağının cənubunda Rəfaha hücum planlarını təsdiqlədiyini açıqlayıb.

Bildirilir ki, HƏMAS ilə İsrail arasında ən böyük fikir ayrılıqlarından biri də HƏMAS-ın “daimi atəşkəs tələbinə” baxmayaraq, İsrailin “müvəqqəti atəşkəs və müharibəni davam etdirməyi tələb etməsi”dir. HƏMAS-ın məcburi köçkün fələstinlilərin İsrailin torpaq işğalını davam etdirdiyi, əsasən dağıdılan Qəzzanın şimalına qayıtmasını istədiyi, lakin İsrailin buna qarşı çıxdığı bildirilir.

İsrail rəsmilərinə görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla təxminən 136 israilli məhbus var. HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları, İsrailin Qəzzaya hücumları zamanı öldürülən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb.

24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan qarşıdurmada “humanitar pauza” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam edib.