Pakistanın Karaiçi şəhərində sürətlə azalan sərçələrin sayına görə siyahıyaalma aparılacağı bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistandakı Vəhşi Təbiət səlahiyyətliləri, əhatə dairəsi daxilində təxminən 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu müəyyən nöqtələrə diqqət yetirəcək.
Sind əyalətinin vəhşi təbiət xidmətinə cavabdeh olan Caved Mahar siyahıyaalmanın nəticələrinin martın 20-də açıqlanacağını bildirib.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Pakistan şöbəsinin texniki müşaviri Məhəmməd Moazzam Xan bildirib ki, son 20 ildə Kəraçidə sərçələrin sayı 60-70 faiz azalıb.
Bir yerdə çoxlu sərçənin olmasının oradakı havanın keyfiyyətinin yaxşı olduğunu göstərdiyini ifadə edən Xan deyib ki, sərçələr bir yeri tərk edirsə, bu, oradakı havanın keyfiyyətinin qorxulu şəkildə azaldığı anlamına gəlir.
Plansız şəhərləşmə və ətraf mühitin çirklənməsi sərçələrin yaşayış yerlərinin kiçilməsinə və bu quş növünün azalmasına səbəb olur.