Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan Rauf Aydazadə həyatını itirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, martın 24-ü saat 16:35-də 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.
08:53
Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb.
Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib
interpress.az