Türkiyənin Adana şəhərində zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, Saimbəyli rayonunda 4 bal gücündə təkanlar qeydə alınıb.
Zəlzələnin dərinliyi 7.02 kilometr olub.
Qısa müddətli zəlzələdən sonra heç bir neqativ hal qeydə alınmayıb.
***
Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda 4 maqnitudalı zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Məlumata görə, yerli vaxtla 05:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınmış zəlzələnin ocağı 7,09 km dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri rayonun Karaçam yaşayış məntəqəsindən 1,54 km məsafədə olub.
interpress.az