ABŞ rəsmiləri dünən Texas və Kanzas ştatlarında inəklərdən alınan süd testlərinin quş qripi üçün müsbət çıxdığını açıqlayıblar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər, quş qripi üçün müsbət nəticə verən inəklərin karantinə alındığını və iki-üç həftə ərzində sağaldığını bildirib.
Texas Heyvan Sağlamlığı Komissiyası Texas və Kanzas ştatlarında inəklərdə yorğunluq, iştahsızlıq və laktasiya problemlərinin müşahidə edildiyini, südlərinə tətbiq edilən testlərin quş qripi üçün müsbət çıxdığını bildirib:
“Yaşlı inəklərdə iştahsızlıq və digər klinik simptomları yaxından qiymətləndirmək üçün testlər əsasən Texas və Kanzasda aparılmışdır. Kanzasdakı iki süd fermasından və Texasdakı bir süd fermasından pasterizə olunmamış südün diaqnostik nümunələri, eləcə də başqa bir süd fermasından alınan nümunələr 25 mart 2024-cü ildə ştatlarda HPAI (quş qripi) üçün müsbət olduğunu təsdiqlədi”.
Heyvan Sağlamlığı Komissiyası da yaxınlarda süd müəssisələrinin yaxınlığında tapılan ölü çöl quşlarından sınaq nümunələri götürdüklərini və vəhşi quşların quş qripi gətirmiş ola biləcəyini vurğulayıb.