Orenburq meri əhalini dərhal şəhərdən getməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Sergey Salmin birbaşa televiziya efirindən bildirib.
“Mütəxəssislərin fikrincə, Orenburqda suyun səviyyəsi təhlükəli həddi keçəcək. Bunu gözləməyə ehtiyac yoxdur, siz elə indi şəhəri tərk etməlisiniz.
Üç gün ərzində maksimum su gələcək”, mer xəbərdarlıq edib.
Xatırladaq ki, Ural çayı üzərindəki bənd aprelin 5-də uçub. Hazırda Orskda 2400-dən çox yaşayış binası, 3065 evətrafı ərazi su altında qalıb. Sakinlərin təxliyəsi davam edir.
Xuraman Etibarlı
İnterpress.az