İsrail ABŞ-ni Türkiyəyə sanksiyalar tətbiq etməyə ÇAĞIRDIbackend

İsrail ABŞ-ni Türkiyəyə sanksiyalar tətbiq etməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri ABŞ-ni Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. 

İnterpress.az xəbər verir ki, bu bnarədə İsrailin xarici işlər naziri, İsrael Katz X (Twitter) hesabında bildirib.

O, Türkiyənin bir sıra məhsulların İsrailə ixracını dayandırmasına cavab verib.

“Mən ABŞ-dəki təşkilatlarla əlaqə saxlamağı və onlara Türkiyəyə sərmayə qoymağı dayandırmağı tapşırdım. Həmçinin oradan məhsul idxalının qarşısını almağı tövsiyə etdim.

Amerika Konqresindəki dostlarımıza isə boykot qanunlarının pozulmasını öyrənməyi və müvafiq olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi tapşırdım”, –  Katz qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az