Qazaxıstan Ukrayna üzrə danışıqlar platformasına çevrilməyə hazırdır.
İnterpress.az xəbər verir ki,bu barədə ABC telekanalına müsahibəsində Qazaxıstanın İspaniyadakı səfiri Danat Musayev bildirib.
“Bizim Ukrayna və Rusiya Federasiyası ilə yaxşı münasibətlərimiz var…
Bizim üçün hər iki ölkə yaxındır. Biz tərəfdarıyıq ki, münaqişənin sülh yolu ilə həlli olmalıdır, başqa alternativ yoxdur”, – səfir deyib.
O qeyd edib ki, “əvvəldən Qazaxıstan iki tərəf arasında istənilən danışıqlar üçün lazımi platforma təqdim etməyə hazır olduğunu bildirib”.
Xuraman Etibarlı
İnterpress.az