Tacikistan Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi LƏĞV ETDİbackend

Tacikistan Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, aprelin 20-dən ölkə ümumi Türkiyə xarici pasportu olanlar üçün viza rejimi tətbiq edəcək.

Xatırladaq ki, bundan əvvəl Türkiyə hakimiyyəti də Tacikistan vətəndaşları üçün viza sisteminin tətbiq olunduğunu elan etmişdi.

Aprelin 7-də Türkiyənin Düşənbədəki səfirliyi bildirib ki, Türkiyəyə səfər edən Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi müvəqqəti tədbirdir.

“Vizaların rəsmiləşdirilməsi 20 aprel 2024-cü ildə başlayacaq. Bu tarixə qədər Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız gediş-gəlişi mümkündür”, – Ankaranın Düşənbədəki səfirliyindən bildiriblər.

Səfirliyin mesajında ​​həmçinin qeyd olunub ki, Türkiyəni tranzit kimi istifadə edən vətəndaşlar vizasız səyahət edə biləcəklər.

Aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fərmanla iki ölkə arasında vizasız rejimi ləğv edib. Bu qərarın səbəbləri açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az