ABŞ İranın hücumu zamanı ən azı 9 raketin İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçdiyini və 2 aviabazasını vurduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmisi ABC News-a bildirib.
“İranın hücumu zamanı ən azı doqquz İran raketi İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçib və iki İsrail hava bazasını vurub. Lakin heç bir ciddi ziyan qeydə alınmayıb”, – ABŞ rəsmisi açıqlayıb.
Rəsmi bildirib ki, beş ballistik raket Nevatim Hava Bazasını vuraraq C-130 nəqliyyat təyyarəsinə, istifadə olunmayan uçuş-enmə zolağına və boş anbarlara ziyan vurub.
Daha dörd ballistik raket Negev aviabazasına düşüb, lakin ciddi dağıntılar barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az