Erməni deputatdan ETİRAF: “Ermənistan Türkiyədən heç nə tələb edə bilməz”backend

Erməni deputatdan ETİRAF: “Ermənistan Türkiyədən heç nə tələb edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Türkiyədən heç nə tələb edə bilmərik”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Ovik Aqazaryan deyib.

O bildirib ki, Ermənistan Türkiyəyə qarşı iddia ilə bağlı heç bir hüquqi akt təqdim edə bilməz.

“Çünki soyqırım Osmanlı İmperiyasında baş verib. Burada dövlət siyasəti nəticəsində bütöv bir xalq məhv edilib, didərgin düşüb.

Çünki biz o zaman dövlət olaraq yox idik. Ona görə də tələbkar tərəf ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir erməni iddia ilə çıxış edib hər şeyi əsaslandıra bilsə, bu başqa məsələdir.

Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: bu torpaqları Ermənistan Respublikasına verin? Hansı beynəlxalq standartlara əsasən? “, – erməni deputat etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az