“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.
İnterpress.az bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Əlavə dəyərin artım templəri nəqliyyat və anbar təsərrüfatında 17,3%, tikintidə 11,8%, informasiya və rabitədə 10,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 10,2%, qeyri-neft-qaz emal sənayesində isə 12,9% təşkil edib”.