Rusiya Çerniqovu raket atəşinə tutub, ölənlər və yaralıların olduğu bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Çerniqov vilayəti administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib. O bildirib ki, Çerniqovun atəşə tutulması nəticəsində dinc sakinlər həlak olub, çoxlu sayda insan yaralanıb.
Chaus Telegram kanalında üç raket zərbəsinin “demək olar ki, şəhərin mərkəzində” həyata keçirildiyini söylədiyi bir video yayımladı.
Çerniqov vilayəti administrasiyasının rəhbəri Vyaçeslav Çausun teleqram kanalında yerli sakinlərə qan verməyə çağırış yer alıb.
Ukrayna mediası şəhərdə partlayış səsinin eşidildiyini, onun üzərində tüstü sütununun qalxdığını yazıb.
Çerniqov şəhərinin meri Aleksandr Lomako atəş nəticəsində sosial infrastruktur obyektinin zədələndiyini bildirib və qurbanlar barədə məlumatı təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az