Ermənistanda bu xəstəlikləri olan əsgərlər xidmətə yararlı SAYILACAQbackend

Ermənistanda bu xəstəlikləri olan əsgərlər xidmətə yararlı SAYILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müəyyən xəstəlikləri olan əsgərlər xidmətə yararlı elan ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.O deyib ki, Ermənistanda müəyyən xəstəliklər zamanı hərbçi yararlı elan olunacaq, lakin məhdud şəkildə hərbi xidmət keçəcək.

Papikyan izah edib ki, kistaların olması ilə əlaqədar xidmətdə məhdudiyyətlər hərbi hissənin həkiminin göstərişi ilə müəyyən ediləcək, gecə enurezili hərbi qulluqçular isə sadələşdirilmiş rejimlə xidmət edəcəklər.

O əlavə edib ki, psixi problemləri olan, lakin davranış pozğunluğu olmayan hərbi qulluqçular döyüş növbətçiliyində olmayacaq. Onlara nəqliyyat vasitələrini və texnikanı idarə etmək, eləcə də şəxsi heyətə nəzarət etmək qadağan olunacaq.

Onun sözlərinə görə, bu xəstəliklər əsasında xidmətdən azad olunma hallarında mütərəqqi dinamika var.

“Sadalanan xəstəliklər xidmət zamanı insanın sağlamlığına xələl gətirə bilməz”, – Papikyan qeyd edib.

Xatırladaq ki, baş nazir Paşinyan son müşavirədə hərbçilərin bir sıra səbəblərə görə, o cümlədən kistaların olması səbəbindən xidmətdən azad edilməsinə narazılığını bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az