İrana hücum Əli Xameneyinin doğum günündə baş verib.
İnterpress.az xəbər verir ki, NBC telekompaniyası buna diqqət çəkib. Bildirilir ki, İrana qarşı İsrailə aid edilən hücum İranın ali ruhani lideri Ayətullah Əli Xameneinin doğum günündə baş verib.
Xameneinin cümə günü, yəni bu gün 85 yaşı tamam olur.
Bu faktı ABŞ senatoru, Floridalı respublikaçı Marko Rubio da qeyd edib.
“Başa düşdüyüm kimi, Xamenei bu gün ad günündə partlayış aldı”, – deyə deputat X (Twitter) hesabında yazıb.
Qeyd edək ki, aprelin 19-da Əli Xameneinin 85 yaşı tamam olur..
Xuraman Etibarlı
İnterpress.az