Özbəkistan və Tacikistan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzaladılar.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon Müttəfiqlik Münasibətləri haqqında Saziş imzalayıblar.
Dövlət başçılarının danışıqlarında qeyd olunub ki, müttəfiqlik münasibətləri haqqında sazişin imzalanması Özbəkistan-Tacikistan münasibətlərində keyfiyyətcə yeni mərhələyə keçidin rəmzidir.
Xuraman Etibarlı
İnterpress.az